`BakuBus`: Sürücünün kondisioneri yandırmamağa ixtiyarı yoxdur

`BakuBus`: Sürücünün kondisioneri yandırmamağa ixtiyarı yoxdur

Milli.Az-a müraciət edən oxuculardan biri qeyd edib ki, artıq "BakuBus"da da nöqsanlar yaranmağa başlayıb. Belə ki, onun sözlərinə görə, 6 saylı marşurut üzrə işləyən bu yeni avtobuslarda kondinsioner işə salınmır: "Soruşduqda deyirlər ki, problem yaranıb, amma bunun yanacağa qənaət məqsədi üçün edildiyi hamıya məlumdur".
 
Məsələ ilə əlaqədar Milli.Az-ın sorğusunu cavablandıran "Bakubus" MMC-nin MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, sürücünün kondisioneri işə salmamaq hüququ yoxdur. Nasazlıqla bağlı ifadələr isə bəhanədən başqa bir şey deyil:
 
Belə hal olarsa, sərnişinlər dərhal və ya daha sonra *4242 nömrəli "qaynar xətt"ə müraciət edə bilərlər. Əgər belə bir şikayət olursa, dərhal araşdırıb sürücü haqqında tədbir görülür. Bizdə telefonlara 24 saat ərzində telefonlara cavab verən əməkdaşlarımız var. Əvvəla, "BakuBus"ın avtobuslarında hər hansı bir problem olarsa, həmin avtobus, ümumiyyətlə, xəttə buraxılmır. Nəinki kondisioner, hətta qapısı azca aralı qalsa, avtobus işə düşmür və qaraja gətirilərək texniki baxışdan keçirilir. İkincisi, ola bilər ki, sürücü avtobusu dayanacaqda saxlayanda kondisioneri söndürsün, amma dayanacaqdan uzaqlaşan kimi onu mütləq yandırmalıdır".
 
Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, sistem elə qurulub ki, sürücülərin avtobusların içindəki imkanları məhdudlaşdırılıb və bütün məsələlər mərkəzləşdirilmiş qaydada mütəxəssis tərəfindən idarə olunur: "İstər bu kondisioner, istərsə də dayanacaqlarda səsləndirmə məsələsi olsun, hamısına avtomatlaşdırılmış rejimdə nəzarət olunur. Əgər kondisioner sürücünün diqqətsizliyi ucbatından işə salınmayıbsa, sürücü barəsində dərhal tədbir görülür. Ona görə də ola bilməz ki, avtobusda və kondisionerdəki nasazlıq ucbatından işə salınmasın. Sürücünün bu bəhanəsi məntiqli deyil, yəni sürücü bu məsələdə öz istəyi ilə hərəkət edə bilməz".
 
M.Piriyev qeyd edib ki, artıq oxşar məsələ ilə bağlı bir neçə şikayət daxil olub və sürücülərin bəzilərinə xəbərdarlıqlar edilib.
 

Google+ WhatsApp ok.ru