AİP “Tubzona” aparılan məhbuslarla bağlı bəyanat verdi

Azərbaycan İslam Partiyası şənbə günü 16 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan inanclı məhbuslardan 5 nəfərinin qara maskalılar tərəfindən “Tubzon” (“vərəm zonası” mənası verir – red.) kimi tanınan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki vərəm dispanserinə aparılması ilə bağlı bəyanat verib.
 
Maide.Az xəbər verir ki, AİP-in Mətbuat Xidmətindən “İslaminSesi”nə daxil olan bəyanatda deyilir. 
 
May ayının 13-də Penitensiar Xidmətn 16 saylı cəzaçkmə müəssisəsində cəza çəkən məhbuslardan bir qismi gözlənilmədən həbsxana rəisinin xidməti otağına çağırılaraq qandallanmış və Penitensiar Xidmətin "tubzon" deyilən Binədəki təcridxanasına göndərilmişdir.
 
Əldə olunan məlumatlara görə, adətən bu müəssisəyə xəstəlik bəhanəsi ilə köçürülən məhbuslar müxtəlif növ işgəncələrə məruz qalırlar. Qeyd edək ki, həmin məhbusların saglamlıqları yerindədir və səhhətlərindən heç bir şikayətlləri yoxdur. Onlar sadəcə dindar təbəqədən olan insanlardır. İctimaiyyətin diqqətinə onu da çatdırmaq istəyirik ki, hazırda həmin şəxslərin həyatı və sağlamlığı ciddi təhlükə və təhdidlər altında qala bilər.
 
Biz ictimaiyyət nümayəndələrindən, ictimai hüquq müdafiəçilərindən, ölkə Ombudsmanından xahiş edirik ki, baş verən olaya daha diqqətlə yanaşılsın, məhbusların taleyi və sağlamlıqları ilə yolverilməz rəftar edənlər haqqında müvafiq ölçülər götürülsün.
 
Azərbaycan İslam Partiyası ölkəmizin bu və ya digər cəzaçəkmə müəssisələrindəki məhbuslara qarşı atılan bütün qanunsuz addımları pisləyir, hüquqpozmalara qarşı qəti etirazını bildirməklə, səlahiyyət həddini aşmış vəzifə sahiblərinin cəzalandırılmasını tələb edir.
 
Azərbaycan İslam Partiyası
16.05.2016

Google+ WhatsApp ok.ru