İrandan Azərbaycana tut ağacları gətiriləcək 16 May 2016 01:00 Ölkə "Azərbaycana səfər edən İranın kənd təsərrüfatı naziri ilə bir çox sahələr üzrə müzakirələr apardıq. Əsasən də bitkiçilik, toxumçuluq və ticarət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda iranlı həmkarı Mahmud Höccətini qəbul edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. H.Əsədov İranla baramaçılıq sahəsində də əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparıldığını deyib. "Həmçinin, texniki dəstəklə bağlı da müzakirələr apardıq. Bununla yanaşı, ticarət əməliyyatlarında bir-birimizdən istifadə edərək üçüncü dövlətlərə çıxmaqla bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, bu il İrandan Azərbaycana barama qurdları gətirilərək əhaliyə pulsuz paylanılıb. Hazırda bunlar inkubasiya dövründədir. Barama qurdları üçün tut ağacları və çəltiklərin İrandan gətirilməsi ilə bağlı müzakirələr apardıq. Tezliklə nümayəndələrimiz İrana sərf edəcək və həmin ağac və kolları gətirəcəklər". / Teqlər : #İrandan Azərbaycana tut ağacları gətiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP “Tubzona” aparılan məhbuslarla bağlı bəyanat verdi Ehtiyatlı olun: WhatsApp `SINDIRILDI` - FOTO