AİP rəhbərliyi `Vəhdət Həftəsi` ilə bağlı beynəlxalq konfransa qatılıb

AİP rəhbərliyi `Vəhdət Həftəsi` ilə bağlı beynəlxalq konfransa qatılıb

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə) mövlud günü münasibəti ilə əlaqədar İslam dünyası “Vəhdət Həftəsi” ni qeyd edir. Bu münasibətlə İslam ölkələrində silsilə tədbirlər keçirilir.
 
İran İslam Respublikasının Tehran şəhərində də “Vəhdət Həftəsi” ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə müxtəlif ölkələrdən İslam dünyasının tanınmış şəxsləri, alimlər, din xadimləri və dövlət rəsmiləri iştirak edirlər.
 
Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev və digər ruhanilər də beynəlxalq konfransa qatılıblar.
 
Tədbirdə İslam dünyasının vəhdət mövzusu və problemləri, eləcə də bu problemlərdən çıxış yolları müzakirə olunur(İslaminSesi)
 

Google+ WhatsApp ok.ru