Araz Abdullayevin işi nizam-intizam komissiyasına çıxarılıb 24 Noyabr 2014 02:00 İdman "Araz Abdullayev bu gün meydançaya çıxmadı. O, lazımlı oyunçudu. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün futbolçular buna əməl etməlidi". Maide.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Əsədov futbolçunun qovulmayacağını bildirib: "Arazla bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Onu qovmaq kimi bir niyyətimiz yoxdu. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qaydalar hər bir futbolçu üçün keçərlidi". Teqlər : #Araz Abdullayevin işi nizamintizam komissiyasına çıxarılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İdmançımız bayrağa bürünüb ağladı (FOTO) Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu