Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Assosiasiyanın inzibati binasında baş tutacaq tədbirdə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 
İcraiyyə Komitəsi Robert Prosineçkini baş məşqçi postuna təsdiqləyib. 45 yaşlı xorvatiyalı mütəxəssis bu postda almaniyalı Berti Foqtsu əvəzləyib. Artıq İcraiyyə Komitəsinin iclasına qatılan Prosineçki 3 il millimizdə çalışacaq.
 
Yeni baş məşqçisi 6 köməkçi ilə işləyəcək. Onlardan üçü xorvatiyalı, üçü isə azərbaycanlı olacaq.

Google+ WhatsApp ok.ru