Ayətullah Xameneinin Qədr gecələri ilə bağlı tövsiyyələri

Ayətullah Xameneinin Qədr gecələri ilə bağlı tövsiyyələri

 Mübarək Ramazan ayının  Qədr gecələri və bu müqəddəs gecələrdən daha səmərəli  şəkildə  istifadə etmək  üçün  
 
 Maide.az Ali Rəhbər Ayətullah Əli Xameneinin bəzi tövsiyyələrini oxuculara təqdim edir:  

1) Mənəvi hazırlıqla Qədr gecələrinə daxil olmaq.

Qədr gecələrinə daxil olmağa hazır olmaq üçün, Ramazan ayının gecə və gündüzlərini Allahın zikri ilə nuraniləşdirin. Bu gecə asimandan yerə enən mələklər nurlu qəlbləri və yaşayış mühitini Allahın nemət və mərhəməti ilə işıqlandırır. Bu gecə mənəvi, maddi, ictimai və sosial xəstəliklərin şəfası üçün gözəl imkandır.

2) Qədr gecəsinin saatlarını qənimət bilin.

3) Özünüzü maddi rəzilliklərdən uzaqlaşdırın.

Bu gecədə dualar edək, mənəvi təkamülümüz üçün istifadə edək. Çünki namaz, dua möminin meracıdır. Bəşəriyyətin düçar olduğu maddi rəzillikləri özümüzdən uzaqlaşdıraq.

4) Bu gecə ən gözəl əməl duadır.

Qədr gecələri min aydan üstündür. Dua Allahla söhbət etməkdir. Əhya - dua, təvəssül və zikr üçün oyaq qalmaqdır. Namaz Qədr gecələrinin müstəhəb əməllərindəndir. Əslində namaz dua və zikr rəmzidir. İbadətin ruhu duadır. Dua ibadətin canıdır.

5) Duanın mənasına fikir vermək

Mən gənclərin bu duaların mənalarına fikir vermələrini xahiş edirəm. Duaların sözləri fəsahətli və gözəldir.

6) Allahla danışın

Əgər bu duaların mənalarını bilməsəz, öz dilinizdə dua edin. Bizimlə Allah arasında heç bir pərdə, maneə yoxdur. Mütəal Allah bizə yaxındır və bizi eşidir.

7) Allahdan bağışlanmaq diləyin

Qədr gecəsi Allah tərəfindən əfv, bağışlanmaq üçün bir fürsətdir.

Dillərinizi əfv üçün açın. Allah eləməsin Qiyamətdə əfv olunmayaq. Günahkarların o gün dilləri tutulacaq. Ora əfv üçün yalvarmaq yeri deyil. Bu dünyada bizə belə fürsət verilir. Biz günahlardan paklanmaq, bağışlanmaq diləyə bilərik.

8) Qəlblərinizi Əmirəl-möminin (ə) məqamı ilə tanış edin

Qədr gecələri qəlblərin baharıdır. Bu gecə həm də qəlblərin Əmirəl-möminin (ə) ali məqamını dərk etmək fürsətidir.

9) Zamanın İmamına diqqət edin

Çox mühüm gecələrdir. Əziz gecələrdir. İmam Zamana (ə.f) təvəssül edərək, Allahdan istəklərinizi diləyin.

10) İnsan yaradılışı və taleyi haqda olan ayələri düşünün

Qədr gecəsi gün batandan sübh azanına qədər davam edir. Bu gecələrin qədrini bilin. Oxuduğunuz dualarda Allahın insan üçün yaratdığı nemətlərin bir vasitə, ölümün başqa bir dünyaya keçid olduğunu düşünün.

11) Müsəlmanlar üçün dua edin

Bu gecə öz hacətlərinizlə birgə, müsəlmanların çətinlikləri, müsəlman ölkələri üçün dualar edin.

12) Allahdan özünüzün və möminlərin hacətlərini istəyin.

Müsəlman qardaşlarınıza, xəstələrə, əlillərə, qəmginlərə, miskinlərə, fəqirlərə bu gecə dualar edin. 

 
 

Google+ WhatsApp ok.ru