Ayətullah Xamenei ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbini açıqladı 30 Yanvar 2018 02:00 Çıxışlar -- ABŞ bölgədəki varlığını davam etdirməsinə don geyindirmək və... Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər “Fiqhin xaric dərsi” mühazirəsinin əvvəlində Əfqanıstanda baş verən son terror hadisələrində günahsız insanların qətliamına münasibət bildirib. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei qeyd edib ki, ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbi bölgədəki varlığını davam etdirməsinə don geyindirmək, eləcə də sionist İsrail rejimi üçün təhlükəsizliyi təmin etməkdir. İŞİD-in son aylar ərzində minlərlə insanın həyatına son qoymuş Əfqanıstandakı terror hadisələri üzərində ABŞ-ın imzasının olduğunu bildirən Ali Rəhbər İŞİD-i Suriya və İraqda xalqa qarşı edilən cinayətlərdə alət kimi istifadə edən ölkələrin indi də Əfqanıstanda mövqe tutmasını vurğulayıb. “Şiə və sünni fərq etmədən bütün vətəndaşlar ABŞ-ın dəstəklədiyi terrorçuların hədəfindədir. Onların birinci dərəcəli siyasəti region xalqlarını özünə məşğul etməkdir. ABŞ regionun dirçəlməsini istəmir. Onlar istəyirlər ki, dövlətlər və millətlərin başları özlərinə qarışsın, sionizmlə mübarizə fikrinə düşməsinlər.” Ayətullah Xamenei qeyd edib ki, Əfqanıstanda sabitsizliyin və qətliamların əsas səbəbkarı elə ABŞ özüdür. “Ötən 20 il ərzində bölgədə məzhəb adı ilə aparılan cinayətlər vasitəli və ya vasitəsiz olaraq ABŞ-dan qaynaqlanır. İndi də bölgədə gərginlik yaratmaqla öz məqsədlərini, siyasi və iqtisadi maraqlarını təmin edirlər.” Teqlər : #Ayətullah Xamenei ABŞın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbini açıqladı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Qadının evdarlığının mənası insan tərbiyəsidir -VİDEO Ayətullah Xamenei: ABŞ istəyirdi, bacarmadı və biz istədik bacardıq
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO