Ayətullah Xamenei: ABŞ istəyirdi, bacarmadı və biz istədik bacardıq 08 Fevral 2018 02:00 Çıxışlar -- İslam açıq aşkar zülmün qarşısında durmaq göstərişi verib Xəbər verdiyimiz kimi bu gün İranın Hərbi Hava Qüvvələrinin zabit və əsgər heyəti Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, görüş tarixi bir hadisə kimi yaddaşlara yazılmış 1357-ci ilin 19 bəhmən gününün (1979, 8 fevral) ildönümü münasibətilə baş tutub. Həmin gün Ordunun Hava Qüvvələrinin o zamanlar “homafər” adlanan birləşmələrində xidmət edən bir qrup hərbçi İmam Xomeyniyə (r.ə) etimad göstərərək onun rəhbərliyini qəbul etmişdir. Görüşdə çıxış edən Ayətullah Xamenei 22 bəhmən (11 fevral) İslam İnqilabının qələbəsinin ildönümü gününü və İslam İnqilabı ilə bağlı digər hadisələrin ildönümü mərasimlərinin qeyd olunmasını sistemin möhkəmlənməsi və davamı üçün önəmli adlandırıb. “Sizləri əmin edirəm ki, bu ilki 11 fevral (İslam İnqilabının ildönümü münasibətilə izdihamlı yürüş) mərasimi daha möhtəşəm keçiriləcək. İslam İnqilabı yaşayan bir həqiqəqtdir. İslam İnqilabının möhkəmliyi və davamlılığı bu gün İnqilabın ilk günlərindən daha çoxdur. Bu günki inqilabçılar İnqilabın ilk vaxtlarından fərqli olaraq daha oyaq, dayanaqlı və bəsirətlidir. Buna görədir ki, İnqilab inkişaf edir və təkmilləşir.” Ayətullah Xamenei bildirib ki, düşmənlərin bizimlə mübarizəsinin əsas məqsədi İnqilabın davamlılığı, möhkəmlənməsi və yeni səmərələrinin qarşısını almaqdır. “Düşmənlər İslam İnqilabı ilə mübarizə üçün müxtəlif vasitələrdən istifadə edirlər. Onlar xalqa təsir göstərmək məqsədilə saxta teorisyənlər, muzdlu yazarlar, jurnalistlər, klonlar, özlərini mütəfəkkirə oxşadanlardan və kiberməkanın bütün imkanlarından istifadə edirlər. Lakin qəflətən İslam İnqilabının 11 fevral (İslam İnqilabının ildönümü münasibətilə izdihamlı yürüş) mərasimi və ya İnqilabın digər münasibətləri zamanı xalqın daha izdihamlı, coşqu və həyəcanla küçələrə axışıraq birgə şüarlar səsləndirməsi düşmənlərin bütün hesablamalarını bir-birinə vurur”. Ayətullah Xamenei deyib ki, İran xalqının xeyrini istəməyənlərin çalışması təkcə kiberməkanda deyil. “Onlar sanksiyalardan istifadə edirlər ki, xalq üçün iqtisadi çətinliklər yaratsınlar. Lakin elə bu xalq İslam İnqilabına olan sevgisinə görə, daha izdihamlı küçəyə axışır və İnqilabın möhkəmlənməsi və davamlılığına səbəb olur”. Ayətullah Xamenei qeyd edib ki, sistemin əsas siyasəti İslam İnqilabından qaynaqlanıb. “Buna nümunə olaraq “iqtisadi, mədəni , siyasi və təhlükəsizlik baxımından müstəqilliyi”, “ Azadlıq” və “hər tərəfli mənəvi və maddi inkişafı” göstərmək olar. Bəzi sahələrdə xüsusi ilə elm və texnologiya sahəsində çox yaxşı inkişaf əldə edilib.Digər proritet istiqamətimizdən biri də sosial ədalətin təmin olunmasıdır. Sosial ədalət cəmiyyətin təbəqələşməsinin qarşısını alır. Bu sahədə bizdə az iş görülüb, geridə qalmışıq. Lazımi addımlar atılmalıdır, hələlik bu addımlar atılmayıb. Amma hamı bilsin ki, biz bu əsas siyasətimizdən dönməmişik. Qətiyyətlə buna çatmağa çalışırıq”. Ayətullah Xamenei sosial ədalətin həyata keçirilməsi yollarından biri kimi zülm və korrupsiya ilə mübarizəni göstərib. “ Zülm və korrupsiya ilə mübarizə çox çətindir. Necə ki, bir neçə il öncə dedim korrupsiya nağıllarda deyilən 7 başlı əjdahaya bənzəyir. Onu məhv etmək o qədrədə asan deyil, lakin hökmən məhv olmalıdır. Hökumət işçiləri arasında olan zülm və korrupsiya ilə daha sərt və ciddi mübarizə aparılmalıdır. Ölkənin bütün məsul şəxsləri və müdirləri buna ciddi diqqət etsinlər.” Ayətullah Xamenei bildirib ki, İslam İnqilabının əsas hədəflərindən biridə “dünyada zülm və korrupsiya qarşısında müqavimət göstərmək və onu rüsvay etmək”dir. “Bu gün dünyada ən amansız və ən zalim ABŞ hökumətidir. Onlar İŞİD-dən də pis vəhşidir. ABŞ İŞİD-i yaradıb,onları dəstəkləyir və bəlkədə bəzi vəhşilik və zorakılıqları onlara təlim keçir. Lakin ABŞ hökuməti bütün bu amansızlığı və vəhşiliyi ilə yanaşı beynəlxalq tribunalarda insan haqlarının, məzlumların və heyvanların hüquqlarının müdafiəçisi iddiaçısı kimi çıxış edir. Həqiqətləri deməklə onları rüsvay etmək lazımdır. Fələstin xalqına 70 illik zülmü, eləcədə Yəməndə insanların qətliamını dəstəkləmək ABŞ-ın etdiyi zülmlərin bariz nümunəsidir. Yəməndə infrastruktur və məzlum dinc sakinlər hər gün ABŞ-ın müttəfiqləri tərəfindən və ABŞ silahları ilə bombalanır. Amma ABŞ heç bir etiraz və etina etmir. Lakin utanmazcasına bir neçə dəmir parçasını göstərməklə İranın raket göndərməsi ilə bağlı əsassız iddia irəli sürür. Yəmən xalqı mühasirədə saxlanılır necə ora raket göndərmək mümkindir?” Ayətullah Xamenei bildirib ki, İslam açıq aşkar zülmün qarşısında durmaq göstərişi verib. “İran İslam Respublikası regionda baş verən proseslərə birbaşa təsir edir. Qərbi Asiya bölgəsində ABŞ-ın müqaviməti məhv etmək cəhdinin qarşısında durduq və buna icazə vermədik. Bu gün dünya ictimaiyyəti bilir ki, ABŞ regionda nə etmək istəyirdi, lakin bacarmadı. Biz bunun qarşısını almaq istədik və bacardıq”. Teqlər : #Ayətullah Xamenei: ABŞ istəyirdi,#bacarmadı və biz istədik bacardıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbini açıqladı Ali Rəhbər: “Ən çətin meydanlarda şiə və sünni bir-birinin yanında yer aldı`
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO