Azərbaycanda `İslam ölkələrinin inkişafında qadınların rolu` mövzusunda beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 20-si Azərbaycanda "İslam ölkələrinin inkişafında qadınların rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək. 

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev qadın məslələri üzrə Misir Milli Şurasının nümayəndəsi Mərvət ət-Tallaui ilə görüşüb və onu bu konfransda iştirak etməyə dəvət edib. 

 İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə və İƏT-ə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə təşkil olunacaqan bu konfrans iki gün davam edəcək. 

Qeyd edək ki, "İslam ölkələrinin inkişafında qadınların rolu" mövzusunda ilk konfrans 2006-cı il İstanbulda keçirilib.  İkinci konfransı isə 2008-ci ildə Misirdə baş tutub. //

Google+ WhatsApp ok.ru