İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb 07 Oktyabr 2014 01:00 Ölkə İlqar Məmmədov Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə REAL Hərəkatından Azər Qasımlı oktyabrın 7-də facebook səhifəsində yazıb: “İlqar Məmmədovun həyat yoldaşına bir az əvvəl zəng edilib. Onun 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilib və əlavə edilib ki, İlqar bəy bir neçə gün karantində qalacaq. Yalnız bundan sonra onunla görüşüb sovqat vermək mümkün olacaqmış. Bundan artıq heç bir məlumat verilməyib. Buna baxmayaraq narahatçılığımız hələ də davam edir”. Azər Qasımlının sözlərinə görə, İlqar Məmmədovun vəkilləri ilə görüşə icazə verilmədiyindən bu məlumatın nə qədər həqiqətə uyğun olduğu bilinmir. musavat / Teqlər : #İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda `İslam ölkələrinin inkişafında qadınların rolu` mövzusunda beynəlxalq konfrans keçiriləcək Xankəndidə azərbaycanlı girovların məhkəməsi başlayır