Azərbaycanda bank əmanətləri azalıb 03 İyun 2015 01:00 İqtisadiyyat Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətləri ümumi həcmi may ayının 1-nə 7 717,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, aprel ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 64,4 mln. manat və ya 0,8% azdır. Qeyd edək ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə bank əmanətlərinin həcmi 1 147,3 mln. manat və ya 17,5% artıb. Teqlər : #Azərbaycanda bank əmanətləri azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Natiq Əliyev: `İran TANAP-a qoşula bilər` Kredit ittifaqının lisenziyasını dayandırıb