Kredit ittifaqının lisenziyasını dayandırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "Birlik Kredit İttifaqı" MMC-nin məhdud bank fəaliyyəti üçün lisenziyasını ləğv edib. Bu barədə AMB-dən məlumat verilib.
 
“Kredit ittifaqının lisenziyası “Kredit ittifaqları haqqında” qanunun 21.1.1-ci maddəsi əsasında ləğv edilib (ittifaqın ləğv olunmasına dair qərar ümumi iclasda qəbul edilib) ”, - deyə məlumatda qeyd olunur.
 
"Birlik Kredit İttifaqı" 18 fevral 2011-ci il tarixində fəaliyyət üçün lisenziya alıb.
 
AMB-nin məlumatına görə, 1 aprel 2015-ci il tarixinə 109 kredit ittifaqı fəaliyyət üçün lisenziyaya malikdir.
 
Bakının Xətai rayonunda fəaliyyət göstərən kredit ittifaqının qanuni təmsilçisi Reyhan Nəsrullayeva, nizamnamə kapitalı isə 4 min manat olub.

Google+ WhatsApp ok.ru