`Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir`

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir.
 
Maide.az xəbər verir ki,bunu APA-nın İran müxbirinə açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.
 
H. Ənsari qeyd edib ki, hələlik görüşün dəqiq vaxtı müəyyənləşdirilməsə də, görüşün proqramı ilə bağlı məsləhətləşmələr aparılır. “Tarix müəyyənləşən kimi əlavə məlumat veriləcək”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, prezidentlərin görüşü ilə bağlı təşəbbüs Azərbaycan, İran və Rusiya XİN başçılarının Bakıda keçirilən görüşündə irəli sürülüb. Prezidentlərin görüşünün keçirilməsində məqsəd iqtisadi əməkdaşlığı inkişaf etdirmək və Xəzərin hüquqi statusunu müəyyənləşdirməkdir.
 

Google+ WhatsApp ok.ru