Bərdədə sakinlər polis maşının qabağını kəsdilər - VİDEO

Bu videonu adını bəlli etməyən Bərdə sakini göndərib. Müəllif yazır: «Polislər qanunu pozmuş (hansı qanunu pozduğu haqda məlumat yoxdur) sürücünü polis bölməsinə aparmaq istəyirlər. Amma o tabe olmur. Belə olan halda ona qarşı fiziki güc tətbiq edirlər. Bu zaman sakinlər polislərin bu əməlinə etiraz edir. Polis maşıının qarşısını kəsirlər və buna imkan vermirlər. Sakinlərin narazılığı polisin kobudluğu ilə bağlıdır. Buna baxmayaraq həmin şəxs polis bölməsinə aparılır və bir neçə saat sonra azad olunur». AzadlıqRadiosu

Google+ WhatsApp ok.ru