Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılacaq 27 Avqust 2020 15:31 Ölkə Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir. Maide.Az bildirir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır. Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək. Teqlər : #BakıSumqayıt,#yolunda,#hərəkət,#qismən,#məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 28 avqustda gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 15-dən ali məktəb tələbələri onlayn dərslərə başlayır