Bakı aeroportuna gedənlər itlərlə yoxlanılırlar

Bakı aeroportuna gedənlər itlərlə yoxlanılırlar

Türkiyənin Atatürk Hava Limanında 40-dan çox insanın həlak olması, 140-dan çox nəfərin yaralanması ilə nəticələnən terror hadisəsindən sonra Bakıda Heydər Əliyev Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Maide.Az anspress-ə istindən bildirir ki, Daxili İşlər Naziliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirirlər.
 
Xarici uçuşların hayata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də hava limanına buraxılmayıblar. Hava limanına yalnız sərnişinlər - bilet və xarici pasport təqdim edildikdən sonra buraxılırlar. 
 
Bu cür ciddi yoxlamalar bir neçə gün davam edəcək və yaxınlarını qarşılamaq istəyən insanlar belə içəri buraxılmayacaqlar.
 
İstanbuldan Bakıya Bakı vaxtı ilə saat 14:00-da 2 təyyarənin uçacağı planlaşdırılır. Onların saat 17:00-da Bakıya çatacağı gözlənilir. Lakin təhlükəsizlik tədbirləri ilə əlaqədar uçuşlarda gecikmələrin baş verməsi mümkündür.
 
Ötən gün baş verən terror aktından sonra Türkiyənin İstanbul şəhərində insanlar təşvişdədirlər. ANS-in Türkiyə müxbiri Pərviz Sultansoyun məlumatına görə, Atatürk hava limanında baş verən terror hadisəsindən sonra insanlar hələ də özlərinə gələ bilməyiblər və qorxu içərisindədirlər. 
 
Rəsmi məlumatlara görə, ölü sayı 36 nəfərdir. Türkiyə hökuməti şəhərdə panika yaranması və yenidən terror aktının baş verəcəyini nəzərə alaraq xəbərlərin verilməsinə yayım qadağası qoyub.
 
Hazırda Atatürk hava limanında təhlükəsizlik ən yüksək dərəcədədir, polislər növbəti hadisənin baş verməməsi üçün əllərindən gələni edirlər.
 

Google+ WhatsApp ok.ru