Ölkədə psixi pozuntuların  artmasında rol oynayan faktorlar  - Ekspert rəyi

Ölkədə psixi pozuntuların artmasında rol oynayan faktorlar - Ekspert rəyi

Dövlət Statistika Komitəsinin verdiyi statiskaya əsasən ölkədə 2015-ci ildə ilk dəfə psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 5107 nəfər olub: “Onlardan 3530 nəfəri kişilər, 1577 nəfəri qadınlardır.
Statistika göstərir ki, ötən illə müqayisədə Azərbaycanda ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında 2 dəfə artım qeydə alınıb.
 
İnsanlarda sosial durumla əlaqədar ortaya çıxacaq psixi durumun səbəbləri ilə bağlı suallara Maide.Az saytına sosioloq Cavid İmamoğlu cavablandırıb. 
 
Ruhi pozuntuların ortaya çıxma səbəbləri ən çox nədən qaynaqlanır?
Psixi problemləri olan insanların və bununla bağlı xəstəliklərin artım tendensiyası bu gün tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunmaqdadır. Yəni bu, bizim bildiyimiz digər qrup xəstəliklərdən heç bir fərqi yoxdur. Ya insanın ürəyi, ciyəri ağrısın, ya psixasında problem olsun. Bunların hər ikisinin səbəbləri eynidir. İnsanların mühiti, yaşam tərzi, qidaları, sosial durum və ünsiyyətlərinə qədər hər bir şey psixanın zədələnməyinə səbəb ola bilir. O baxımdan Azərbaycan reallığını nəzərə alsaq görərik ki, ölkədə psixi xəstəliklər araşdırılmayan xəstəliklər qrupuna aiddir.
Və bu baxımdan həmin xəstəliklərin artımı, yaranma səbəbləri və s. barədə dəqiq informasiya demək çətindir. Çünki izlənilmir. Məsələn, deyək ki, dünya praktikasında hər bir xəstəliyin izlənmə tarixcəsi, yəni xüsusi olaraq məlumat bazası olur və orda hər bir xəstə mərkəzləşdirilmiş şəkildə həyat (yaşam) yolu qeyd olunur. 
Psixanın korlanmasına və normal vəziyyətdən çıxmasına nələr səbəb olursa, həmin amillər izlənilir, nəticə etibarı ilə sonda araşdırılmalar aparılır və əldə olunan nəticələr əsasında deyə bilirlər ki, həmin ildə nə qədər psixi xəstənin olması və buna səbəb olan amillər hansılardır.  
Bu baxımdan bir sosioloq olaraq onun yaranma səbəblərini dəqiq deyə bilməsəm də, ümumilikdə son Azərbaycan reallıqlarını analiz və təhlil edəndə müşahidə edirik ki, insan psixasını zədələyəcək problemlərin meydana gəlməsinə səbəb olacaq bir çox sosial faktorlar var. Həmin faktorlar maddi, iqtisadi, mənəvi, mədəni sferada özünü göstərməkdədir ki, bu da tamamilə başqa bir mövzudur.
 
 Psixi problemi olan insan da digərləri kimi normal insandır. Və hansısa qeyri-adi özəlliyi yoxdur. Buna görə də onu cəmiyyətdən təcrid etməyə dəyməz. Amma Azərbaycanda bu məsələyə yanaşma fərqlidir. Belə bir problemi olan insanların realibitasiyası aparılmır. Yəni psixi problemi olan o demək deyil ki, elə ancaq psixotrop dərmanlar qəbul etməlidir, ağır doza altında yalnız gün ərzində onu dərmanlar vasitəsi ilə sakitləşdirilməlidir. Bu müalicə metodu deyil. Dünya praktikasında psixi problemli insanların müalicəsi üçün realibitasiya metodu tətbiq edilir. Bu nə deməkdir? Belə insanların müalicəsi cəmiyyətin içində aparılır. Yəni xüsusi olaraq hansısa stansionar mərkəzlərə qəbul etmədən müalicə prosesi insanlarla qarşılıqlı ünsiyyət əsasında həyata keçir. Belə olduqda isə hər kəs, bu kimi müalicə növlərinə normal yanaşar və qarşı tərəfi cəmiyyətdən kənarlaşdırmaz.  
 
Statistikaya əsasən ruhi pozuntular kişilər arasında qadınlarla müqayisədə daha çoxdur. Buna səbəb nələrdi?
 
Məsələn, on dövrlərdə statistikanın artmasına nə səbəb ola bilər? Son 1 il ərzində qeyri-adi nəsə dəyişməyib. Əsas səbəb kimi bu qeyd oluna bilər ki, televiziya və mətbuatda psixoloq və psixiatrların maarifləndirmə proqramları səbəb olur ki, insanlar artıq anlayırlar və düşüncəsində psixoloq yanına getmək psix və cəmiyyətə yararsız olmaq anlamına gəlmir. Onlar artıq normal şəkildə öz əsəb-sinir sistemi və ruhu vəziyyətləri ilə bağlı məsələləri həkimlərlə, peşəkar mütəxəssislərlə məsləhətləşib öz müalicələrini alırlar. Belə olan halda qeydiyyata düşənlərin sayının artımı təbiidir. 
Əslində bu çox müsbət haldır ki, qeydiyyata düşənlər, yəni həkimə müraciət edənlərin sayı çoxalıb. Əgər psixi problemi olan insan müalicə almazsa, bu onun qeyri-adekvat davranış göstərməsinə səbəb ola bilər. Bu gün müşahidə edirik ki, dünyada baş verən bir çox terrorların, intiharların, mənfi halların arxasında psixi problemlərin olması uzun müddət yer almışdır. Psixi problemi olan insanların özündən asılı olmadan istənilən cinayətləri törətməyə meyliliyi daha çox olur. 
Ölkəmiz daha çox kişi əsaslı, yəni patriarxal köklü cəmiyyətə sahibdir. Belə ki, ailə prespetivi baxımdan kişilər qadınlardan fərqli olaraq öncəbhədə hesab olunurlar. Qadınlar ev mühitində olub bu məsuliyyəti götürdükləri halda, kişilər ən çox çöl şəraitində olduqlarına görə daha çox stress, sıxılmalar, emosional partlamaların əhatəsində olduğundan, kişilərin psxiatrlara müraciət etməsi daha çox ortaya çıxır. 
 
 
Son bir ildə ölkədə baş verən iqtisadi problemlərin bu amilin artmasında təsiri ola bilərmi?
İqtiadiyyatla ölkə əhalisinin psixi durumunun bir başa əlaqəsi vardır. Son dövrlərdə dünyada baş verən iqtisadi krisizləri zamanı izlənilirdi ki, bu hal insanların psixoloji abu-havasına və psixi durumuna nə qədər təsir edəcək. Təbiiki burda depressiv anlar, həyəcanlılığın artması müşahidə olunub. Və bu kimi hallar davamlı olaraq  baş verdiyi təqdirdə, gələcəkdə insanlarda psixi xəstəliklərin ortaya çıxmasına  səbəb olur. 
 
Azərbaycanda son dövrlər iqtisadi vəziyyətin devalvasiya xarakterli geriləmələr, manatıın dəyərdən düşməyi, iş bazarında iş yerlərinin azalmağı, əmək haqlarının artırılmaması və kimi faktorlar, gündəlik iqtisadi həyatı son dərəcədə gərginləşdirib. Yəni Azərbaycanda yaşayan bir insanın beyni, bütün günü yalnız pul barədə fikirləşir. İnsan beyni elə bir mexanizmdir ki, onun istirahətə ehtiyacı var. İnsan beyni müəyyən bir vaxtda ruzi barədə fikirləşməlidir və qalan vaxtlarda istirahətə ehtiyaclıdır. Azərbaycan reallığında insanların banklara olan borclu olması, digər iqtisadi problemlərin meydana çıxmağı insanları daim gərgin vəziyyətlərə salır.
 
Psixologiya elmi sübut edir ki, bir insanın təhlükəsizliyinin olması, daim özünü narahat hiss etməsi, borclu olduğu bankın qarşılıq olaraq evinin, hansısa əmlakının onun əlindən alması fikri narahat edirsə, belə olduğu təqdirdə təbi ki tezliklə həmin insanın psixası sıradan çıxacaq, Bu hal fərdlərə görə dəyişdiyindən hər kəsə də aid etmək olmaz. Normal insan gün ərzində gün ərzində bu qədər gərgin olmamalıdır. Amma Azərbaycan reallığında isə insan hər gününü gərgin keçirir. Avropa ölkələrində isə iqtisadi duruma görə yaşanan hal çox az müşahidə olunur.
Azərbaycanda xəstəliklər, xüsusən də əhalinin sağlamlığı və psixoloji halı ilə bağlı tədqiqat aparılmadığına görə, iqtisadi faktorların psixaya təsiri ilə bağlı məlumatların jurnalist araşdırmaları səviyyəsində olmasından dolayı, biz də bununla bağlı dəqiq bir fikir bildirməkdə çətinlik çəkmiş oluruq.⁠⁠⁠⁠ (Maide.Az)

Google+ WhatsApp ok.ru