Bakı aeroportunda görünməmiş təhlükəsizlik tədbiri

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib. 
 
Bu haqda musavat.com-un hava limanında olan əməkdaşı məlumat verib.  Aprelin 5-dən etibarən hava limanına yalnız uçuş bileti olanlar daxil ola bilir. Sərnişinləri qarşılayan və yola salan heç kim hava limanının qapılarından içəri buraxılmır. 
 
Əməkdaşımız təhlükəsizlik tədbirlərinin artırılmasının səbəbi ilə maraqlanıb. Bu haqda heç bir məlumat ala bilməyib. Yalnız onu öyrənə bilib ki, bu, müvəqqətidir. Bir neçə gündən sonra normal vəziyyətə qayıdılacaq. Təhkükəsizlik tədbirlərini həyata keçirənlər əməkdaşımıza deyiblər ki, aeroportun girişində tətbiq olunan qadağalar diplomatik korpus nümayəndələrinə, rəsmi şəxslər də aid edilir. Kimliyindən asılı olmayaraq kənar heç kim Bakı hava limanının qapılarından içəri keçə bilməz. 
 
Qeyd edək ki hava limanının avtodaynacaqlarını da post patrul xidmətinin əməkdaşları mühafizə edir.

Google+ WhatsApp ok.ru