Bakı Dairəvi avtomobil yolunda hansı işlər görülür? -FOTO

İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxt Bakı şəhərində yol şəbəkəsini daha da yaxşılaşdırmaq, nəqliyyatın fasiləsiz və maneəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulan işlər sürətlə davam etdirilir.
 
"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, bu məqsədlə nəzərdə tutulan işlər sırasında Bakı Dairəvi avtomobil yolunun təmiri tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
 
Yolun frezlənmiş 5,2 km hissəsində yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Artıq 450 m məsafədə işlər başa çatdırılıb, digər sahədə isə hazırda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır./
 
 

Google+ WhatsApp ok.ru