Bakıda sahibsiz itlərə qarşı alternativ üsul

Bakıda sahibsiz itlərə qarşı alternativ üsul

Son dövrün aktual məsələləri çərçivəsində sahibsiz heyvanlarla mübarizə diqqət mərkəzində qalır. Sahibləri tərəfindən azdırılan, küçələrə atılan itlər, pişiklər və digər heyvanlar sahibsiz adı altında yaşamağa davam edirlər. Daha çox küçələrə insanlar tərəfindən toplum halda zibillərin atılması  sahibsiz heyvanlardan ibarət dəstələrin artmasına səbəb olur.  

Bunu Bakı sakinləri də təsdiqləyir. Deyirlər ki, son vaxtlar şəhər və şəhərətrafı ərazilərdə, zibilliklərdə sahibsiz itlərin əlindən tərpənmək olmur.
 
“Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev isə Modern.az-la söhbətinə bu iddia ilə razılaşmır:
“Mən belə bir psixoloji eksperimentin şahidi olmuşam ki, məsələn rayonlarda heyvandarlıqla məşğul olan insanlarda soruşsanız deyəcək ki, canavarların sayı artıb.  Halbuki, canavarların sayı sürətlə azalır. Belə hallara çox rast gəlmək mümkündür. İnsanlar hansı heyvandan qorxub, çəkinirlərsə bu heyvanların sayı daim onlara çox gəlir. Yırtıcı heyvanların bəziləri həmçinin canavarları da tez-tez miqrasiya etdiyinə görə gün ərzində bir neçə ərazidə görə bilərsiniz. Amma bu demək deyil ki, onların sayı çoxdur. Bunu həm də şəhərdə küçədə toplum gəzən heyvanlara da aid etmək olar”.
 
Azər Qarayev eyni zamanda küçələrdə qalan sahibsiz heyvanların bəzi azalma səbəblərini də izah edib:
“Rəsmi olaraq mən sizə deyirəm sahibsiz heyvanların sayı artmır. Son illər bu cür heyvanları vurmurlar. Ancaq onlar vurulsa bundan daha yaxşıdır. Çünkü onlar  Balaxanı çöllərinə aparıb atırlar beləliklə də onlar orada tələf olub gedir. Belə heyvanlar  nəqliyyat vasitələrinin gündən-günə çoxaldığı şəhərin küçələrində maşınların altında qalırlar. Bu əlbəttə ki, onların sayına, populyasiyasına təsirini göstərir”.
 
Azər Qarayevin sözlərinə görə bu ildən Avropa İttifaqı konvensiyasına uyğun olaraq sahibsiz heyvanların azaldılması ilə bağlı Azərbaycan Respublikası yeni strateji plan hazırlayır. Bu strategiya əsasında heyvanların peyvənd olunacağı və axtalanması gözlənilir. Yəni axtalanma nəticəsində onların nəsil artırma mövqeyi bir növ ləğv olunacaq. Bu proseslərdən sonra isə növbəti 6-7 ildə onlar yaşama müddəti sona çatacaq. Nəticədə sahibsiz heyvanların sayı sıfıra endirilə bilər. Lakin bu o halda səmərə verə bilər ki, insanlar şəxsi heyvanlarını küçələrə atmayacaq və ya hər hansısa bağlara aparıb azdırmaycaq. Həmçinin planda sahibsiz heyvanların vurularaq öldürülməsinin qadağan olunması haqqında məsələnin  də yer alması nəzərdə tutulub.
 
Azər Qarayev eyni zamanda qeyd etdi ki, sahibsiz heyvanlardan daha çox it və pişiklərdən şikayət olunsa da, digər heyvanlar da vardır ki, onların da sayının artması sırf insanların həyat fəaliyyəti ilə bağlıdır:
“Məsələn insanlar ilanlarla rastlaşanda çalışırlar ki, mütləq şəkildə onu öldürsün. Nəticədə həmin gürzə ilanının sayı o qədər azalıb ki, “Qırmızı kitab”a düşüb və artıq onu məhvinə səbəb olacaq istənilən hərəkət cinayət hesab olunur. Bu isə şəhərə axın edən gəmiricilərin, siçovulların  sayının çoxalması deməkdir. Beləliklə də şəhərdə bu cür sahibsiz heyvanların sayı çoxalır”.
 
Azər Qarayev sonda  təmsil etdiyi quruma sahibsiz heyvanlarla bağlı şikayətlərin 2016- cı ildə ötən illərə nisbətən azaldığını, bu il isə hələki heç bir müraciətin daxil olmadığını bildirib. /

Google+ WhatsApp ok.ru