Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib

Bakının metro stansiyalarında sərnişinlərin hərəkətinə polis nəzarəti gücləndirilib. Bu gün səhər saatlarından etibarən metronun bütün stansiyalarında polis ciddi yoxlamalara başlayıb. 
Bu barədə məlumatı "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də təsdiq edib. 
"Stansiyalara daxil olan hər bir sərnişin xüsusi qurğularla ciddi yoxlanılır. Cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq məqsədilə polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib. Bundan başqa, metronun stansiyalarında giriş-çıxışlarla bərabər,  stansiyaların hər yerində, platformalarına əlavə qüvvələr cəlb edilib". 

Google+ WhatsApp ok.ru