Bakının məşhur `Şeytan Çarxı` söküldü 23 Noyabr 2015 02:00 Ölkə Bu gün Milli parkda yerləşən "Şeytan Çarxı" kimi tanınan atraksionun fəaliyyətinin dayandırıldığı xəbəri yayılıb. Maide.az Atv-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, sökülən köhnə "şeytan çarxı"dır: "Milli parkda iki "Şeytan çarxı" fəaliyyət göstərir. Biri "yeni bulvar"adlandırılan ərazidə, digəri isə "Kukla teatrı"nın yanında yerləşir. Hal-hazırda sökülən atraksion isə yenisi yox, köhnəsidir, yəni "kukla teatrı" tərəfdə yerləşən. Hələki yeni atraksionlar gətirilməyib. Atraksionun yerində çox güman ki, uşaq karusellərinin salınması nəzərdə tutulur". Teqlər : #Bakının məşhur `Şeytan Çarxı` söküldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubad İbadoğlu: `Azərbaycanda hər 3 adamdan ən azı birinin banklar qarşısında borc öhdəliyi var` Generalın oğluna yeni vəzifə verildi