Bakının tıxac dərdinə çarə - Foto

Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq başlanılıb. “Azəryolservis”ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1 səviyyəli qovşaqdan götürməklə Stend Atıcılığı İdman Kompleksinə qədər uzanacaq yol 1-ci texniki dərəcəli 4 zolaqlı olacaq. Avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcək.

Layihə üzrə çiyinlərin eni 2,5 m, ayrıcı zolağın eni isə 1 m. olacaq. Hazırda ərazidə torpaq-qazma və torpaq tökmə işləri davam etdirilir.

Müasir işıqlandırma sistemilə təhciz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna 2 zolaqlı birləşmə də planlaşdırılır. Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinınə, eyni zamanda respublikanın şimal, şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin “20 yanvar” dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcək.







Google+ WhatsApp ok.ru