Baku2015 ərəfəsində paytaxtda yollar boşaldılır

Artıq Bakının mərkəzi küçələrinə avtomobillə giriş qadağan edilib

Şəhərin mərkəzi küçələrinə yalnız xüsusi icazəsi olan avtomobillər buraxılır. Çoxsaylı polis və təhlükəsizlik xidməti əməkdaşları bağlanan küçələrə nəzarət edir. Polislər yaranmış vəziyyətin nə vaxtadək davam edəcəyini bilmədiklərini deyirlər.

Marşrut avtobuslarının da gediş istiqamətləri dəyişib. MeydanTV-nin reportyorunun müşahidələrinə görə 6,13, 88 nömrəli marşrut avtobuslarının istiqaməti Qurd Qapısına tərəf yönləndirilib./

 

 

Google+ WhatsApp ok.ru