BMT rəsmisi Əliyev rejimini diktatura adlandırdı 07 İyun 2015 01:00 Ölkə Bakıda keçiriləcək Avropa Oyunlarının başlanmasına bir neçə gün qalmış BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Vilfrid Lemke hələ də Azərbaycanda vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib. "Azərbaycanda şübhəsiz ki, diktatura hökm sürür. Bununla belə, ümid edirəm ki, bu idman yarışı vasitəsilə dəyişiklik etmək şansı var. Mən hesab edirəm ki, proseslərə tənqidi baxımdan yanaşmaq mətbuatın hüququdur. Bakıda Avropa Oyunlarının açılış günündə Almaniya Bundestaqı Azərbaycanda insan hüquq və azadlıqlarının durumu ilə bağlı məsələyə baxacaq. Hələ aprelin sonlarında Bundestaqın Yaşıllar fraksiyası Almaniya hökumətinə Azərbaycandakı repressiyalarla bağlı sorğu təqdim edib", - deyə Vilfrid Lemke Almaniyanın "Di Velt" qəzetinə açıqlamasında bildirib.azadliq.info/ Teqlər : #BMT rəsmisi Əliyev rejimini diktatura adlandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baku2015 ərəfəsində paytaxtda yollar boşaldılır AMEA prezidenti zəbt edilmiş torpaqlarından danışdı