İbtidai siniflərin əlavə yaz tətili başlayır 26 Aprel 2016 01:00 Ölkə Mayın 1-dən Azərbaycanda məktəblilərin əlavə yaz tətili başlayır. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil ediləcək. Əlavə yaz tətili 5 gün davam edəcək. Bu il mayın 1-i bazar gününə təsadüf etsə də, məktəblilərin əlavə yaz tətili günlərində heç bir dəyişiklik edilməyəcək. Qeyd edək ki, tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib. Teqlər : #İbtidai siniflərin əlavə yaz tətili başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnsanları ölümə aparan üç faktor hansılardır? Mətbuat azadlığı: 199 ölkə içində 189-cu olduq