İnsanları ölümə aparan üç faktor hansılardır?

 
Azərbaycanda intiharlar yenidən artıb. Az qala hər gün mətbuatda xüsusən gənc yaşda insanların özlərinə qəsd etməsi barədə xəbərlər yayılır. İntiharların baş vermə səbəbləri kimi daha çox insanların külli miqdarda borclarının olması göstərilir. Məlumdur ki, ölkədə dərin iqtisadi böhran əhalinin sosial vəziyyətini pisləşdirib, ekspertlər əvvəldən belə halların artacağını proqnozlaşdırırdılar. Bəs intiharların qarşısını almaq üçün nələr etmək mümkündür?
 
Məsələyə aydınlıq gətirmək üçün Psixoloq Arzu Müzəffərovaya müraciət etdik. Müsahibimiz Maide.Az-a açıqlamasında bildirdi ki, bunun bir çox səbəbləri ola bilər, lakin  başlıca səbəb ozünə inamsızlıqdır.
 
"Üç faktor var ki, insanları ölümə aparır. Qorxu, qeyri-müəyyənlik və ümidsizlik. Bu gün insanlarda öz gələcəyinə görə qorxu və ümidsizlik var. Bu zamanla fərqli situasiyalar nəticəsində baş verən haldır. İntihar hərəni bir cür ağuşuna alır. Kimisi sevgisisizliyi, yoxsulluğu, çarəsizliyi və bu kimi səbəbləri misal gətirirlər. İnsan övladı dünyaya gəldiyindən, çətinlik və problemlərlə üzləşir. Baş verən intiharların böhranla birbaşa əlaqəsi var. Ölkəyə hər dəfə devalivasiya dalğası gəldikdə, intiharların sayı çoxalır. Vətəndaşlar isə bununla mübarizə aparıb qalib gəlmək əvəzinə, çıxış yolunu intiharda görür. Əslində bu, acizlərin işidir", -deyən A.Müzəffərova, bunu çıxış yolu kimi görmür.
 
Bəs çıxış yolu nədir, sualına mütəxəsis A.Müzəffərova  bu cür cavab verdi.
"Bilirsiz, indiyə kimi bundan da ağır vəziyyətlər olub. Böyük Vətən Müharibəsi illərində insanlar daha ağır şəraitdə yaşayıblar. Əsirlikdə olan insanlar belə intihar etmirdilər. Çünki ümüd edirdilər sağ qalacaqlar. Bir daha deyirəm, özünə güvən səbr. Bunun üçün isə mütləq gərginlik içində olan insanlar psixoloqla müraciət edib, onlarla ünsiyyətdə olsunlar. Dərdlərini, fikirlərini bölüşsünlər".
 
Onun sözlərinə görə, bu işdə dövlətində üstünə xüsusi bir yük düşür.  "İlk növbədə intihar hallarının baş vermə səbəblərinin müəyyən edilməsi zəruridir. Səbəbləri müəyyən etmək üçün bir neçə ictimai və ya hökumət təşkilatları araşdırma mərkəzi yaratmalıdır. İntiharın səbəbləri, növləri və yaş qrupları araşdırma mərkəzi tərəfindən öyrənilməlidir. Bu işə bir sıra nazirliklər, dövlət qurumları cəlb edilməlidir. Bir sözlə intiharların qarşısını almaq və yaxud sayı azaltmaq üçün mütləq peşəkarlardan ibarət komanda yığılmalı və bir təşkilat ətrafında birləşərək işləməlidir. Bunun üçün isə dövlət tərəfindən müvafiq addımlar atılmalı və maliyyə ayrılmalıdır. "Gənclər və İdman", "Səhiyyə", "Əmək və Əhalinin Sosial Müdafiəsi" nazirlikləri kimi səlahiyyətli qurumlar tərəfindən araşdırma mərkəzinin yaradılması vacibdir. Fərdi şəkildə görülən tədbirlər effekt verməyəcək". /
 
 

Google+ WhatsApp ok.ru