Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq 06 Aprel 2017 01:00 Ölkə Yolda cizgi və yolgöstərici xətləri yenidən rənglənəcək Bu gün Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq. "Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd olunub. / Teqlər : #Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Sovetski`də yerləşən Əbdürrəhimbəy Qulubəyov məscidi söküləcəkmi? - VİDEO Bir daha yüksələn qiymətlər, bir daha enməz