Bu gün hava yağmursuz olacaq

Bu gün Bakı və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın bölgələrində isə hava əsasən yağmursuz keçəcək. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Google+ WhatsApp ok.ru