Bu rayonlar 24 saat susuz qalacaq

Paytaxtın bəzi rayonlarında içməli suyun verilməsində fasilələr yaranacaq.
 
Maide.az-ın “Azərsu” ASC-yə istinadla verdiyi məlumata görə, 25 sentyabr 2014-cü il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
 
Fasilələrin yaranması Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədardır. 
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Google+ WhatsApp ok.ru