Ehtiyatlı olun: WhatsApp `SINDIRILDI` - FOTO 16 May 2016 01:00 Ölkə Dünyanın ən populyar mobil messencer proqramı olan WhatsApp-ın təhlükəsizlik sistemi "dəlinib". Maide.Az milli.az-a istinadən xəbər verir ki, McAfee antivirus proqram təminatı şirkətinin banisi Con MakKafi təcrübəli hakerlər komandası ilə birlikdə WhatsApp messencerinin çatını "sındırıb". WhatsApp indiyədək bəyan edirdi ki, yeni tətbiq olunmuş təhlükəsiz şifrələmə sistemi fərdi məlumatların və informasiyaların başqaların əlinə keçməsinə imkan verməyəcək. Messencerin ilk "nümayiş sındırılması" SMS-lər vasitəsilə göndərilən birdəfəlik kodlar vasitilə gerçəkləşdirilib. MakKafinin rəhbərliyi ilə proqramçılar kiçik proqram yazaraq, həmin proqram vasitəsilə bir smartfondan başqasına göndərilən SMS-i ələ keçiriblər. Komanda üzvləri arasında LİFARS şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri də olub. Onlar yeni proqramı Android əməliyyat sistemi ilə çalışan smartfona yükləyiblər. LİFARS mənsublarının dediklərinə görə, smartfonuna yoxlanmamış proqramlar yükləyənlərin WhatsApp yazışmalarını daha asan ələ keçirmək olar. MakKafinin dediyinə görə, baş verənlərdə WhatsApp-dan daha çox, Google-un günahı var. "Problemi aradan qaldırmaq üçün əməkdaşlığa hazıram. Fərdi informasiyaların ələ keçirilməsinin qarşısı alınmalıdır", -MakKafi deyib. / Teqlər : #Ehtiyatlı olun: WhatsApp `SINDIRILDI` FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrandan Azərbaycana tut ağacları gətiriləcək Yeni əlil arabası elementləri insan bədəninin “3D” modelinə uyğun çap edilib