Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub 23 Oktyabr 2014 01:00 İdman Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub. Bu dəfə digər – A, B, C və D qrupunda mübarizə aparan komandalar meydana çıxıb. Günün ən maraqlı oyunlarından biri İngiltərənin Liverpul şəhərində baş tutub. Burada şəhərin eyni adlı komandası qitə miqyaslı ən nüfuzlu klub turnirinin son qalibi “Real”la üz-üzə gəlib. “Kral” klubu” növbəti 3 xalına sevinmək üçün çətinlik çəkməyib. Matç 0:3 hesabı ilə madridlilərin xeyirinə başa çatıb. Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə İstanbula yönəlib. 2 oyundan sadəcə 1 xal qazanan “Qalatasaray” dogma azarkeşləri önündə qrup lideri Dortmund “Borussiya”sını sınağa çəkib. Növbəti mərhələyə adlamaq üçün “Cim-Bom” “Türk Telekom Arena”da almanlara gücünü göstərməyi bacarmayıb. “Aslanlar” rəqibi qarşısında aciz qalıb – 0:4 Digər görüşlərdə isə “Anderlext” “Arsenal” 1:2, “Yuventus” “Olimpiakos”a 0:1, “Zenit” “Bayer”ə 0:2, “Bazel” “Ludoqorets” 0:1 hesabı ilə uduzub. “Atletiko” “Malmö”ni darmadağn edib. Gecənin yeganə matçı “Monako” - “Benfika” görüşündə hesab açılçayıb – 0:0. Çempionlar Liqası III tur 22 oktyabr (çərşənbə) A qrupu “Olimpiakos” – “Yuventus" - 1:0 Qol: Kasami, 36 "Atletiko” – “Malmö” - 5:0 Qollar: Koke, 48, Mandzukiç, 61, Qriezmann, 63, Çerci, 90+3 B qrupu “Liverpul” – “Real” - 0:3 Qollar: Ronaldo, 23, Benzema, 30; 41 “Ludoqorets” – “Bazel” - 1:0 Qol: Minev, 90+2 C qrupu “Bayer” – “Zenit” - 2:0 Qollar: Donati, 58, Papadopoulos, 63 “Monako” – “Benfika” - 0:0 D qrupu “Anderlext” – “Arsenal” - 1:2 Qollar: Nayar, 71 - Gibbs, 89, Podolski, 90+1 “Qalatasaray” – “Borussiya” - 0:4 Qollar: Aubameyanq, 6; 18, Roys, 41, Ramos, 83 Teqlər : #Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Qarabağ” sabah Avropa Liqasında növbəti oyununu keçirəcək `Qarabağ` üçün ölüm-dirim savaşı