`Qarabağ` üçün ölüm-dirim savaşı 23 Oktyabr 2014 01:00 İdman Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək. Maide.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq. Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olacaq. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırır. Bu görüşdə qələbə qazanacaq komanda qrupdan çıxmaq yolunda önəmli addım atmış olacaq. Kiyevdə keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq. Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə uduzub. 23 oktyabr Avropa Liqasının qrup mərhələsi, III tur 00:05. "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır) Kiyev. "Olimpiyski" stadionu. S Komandalar O Q H M T-F Xal 1. İnter 2 2 0 0 3:0 6 2. Sent-Etyen 2 0 2 0 0:0 2 3. Dnepr 2 0 1 1 0:1 1 4. Qarabağ 2 0 1 1 0:2 1 Teqlər : #`Qarabağ` üçün ölümdirim savaşı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub Avropa Liqasında III turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR