Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib - VİDEO 03 May 2017 01:00 İdman UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gəlib. Çempionlar Liqasının son qalibi “Real” turnirin son finalçısı “Atletiko”nu qəbul edib. ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqib hesab olunan “Real” bu dəfə də ənənəyə sadiq qalıb. "Kral klubu"nun portuqaliyalı super ulduzu Ronaldo matçın taleyini təkbaşına həll edib. Het-trik edən oyunçu komandası üçün finalın "qapısını aralayıb". Çempionlar Liqası Yarımfinal mərhələsi, ilk oyunlar 2 may “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) - 3:0 Qollar: Ronaldo, 10, 73, 86 Baş hakim: Martin Atkinson (İngiltərə) / Teqlər : #Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək Çempionlar Liqasında ikinci yarımfinal oyunu, Avropa Liqasında isə ilk yarımfinal oyunu keçiriləcək