Ermənilərin atdığı mərmi Ağdamda kənd icra nümayəndəliyinə düşüb

Ermənilərin atdığı mərmilərdən biri Ağdam rayonu, Əfətli kənd icra nümayəndəliyinə düşüb.
Maide.az xəbər verir ki, Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır atıcı silahlardan və uzaq atan toplardan atəşə tutması nəticəsində Ağdam rayon kənd icra nümayəndəliyinə "Qrad" mərmisi düşüb.
"Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin binaya xeyli ziyan dəyib", - Rayon İcra Hakimiyyətindən bildirilib.

Google+ WhatsApp ok.ru