FİFA-dan `Real` və `Atletiko` klublarına ŞOK qərar

FİFA-dan `Real` və `Atletiko` klublarına ŞOK qərar

Atletiko Madrid və Real Madrid 2018-ci ilə qədər transfer edə bilməyəcək
 
Maide.Az xəbər verir ki,  FİFA İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" klublarını sərt şəkildə cəzalandırıb.
 
İspaniya klublarının 18 yaşadək olan futbolçuların transferində qayda pozuntusuna yol verdiyinə görə FİFA belə qərar qəbul edib.
 
Hər iki klub 2018-ci ilin yanvar ayınadək heyətinə heç bir futbolçu qata bilməyəcək. Bu müddətdə həyata keçirilən transferlər qurum tərəfindən təsdiqlənməyəcək. "Atletiko Madrid" bu qərarı düzgün olmadığını və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.
 
Qeyd edək ki, 2014-cü ildə analoji hadisəyə görə, FİFA İntizam Komitəsi İspaniyanın "Barselona" klubunu da cəzalandırıb. Buna görə də Arda Turanı transfer edən klub cəza müddəti bitənə qədər futbolçudan yararlana bilməmişdi. (FaktXəbər)
 

Google+ WhatsApp ok.ru