Paralimpiya Oyunlarında ilk medalımızı qazandıq

Paralimpiya Oyunlarında ilk medalımızı qazandıq

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start verilib.
 
Qol.az-ın məlumatına görə, Azərbaycan yığması yarışların birinci günündə ilk medalını qazanıb. 
 
66 kq çəkidə çıxış edən cüdoçumuz Bayram Mustafayev 1/4 finalda braziliyalı Helison Oliveyranı məğlub edib. 
 
Yarımfinalda cüdoçumuz yaponiyalı Satoşi Fudjimoto ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan Bayram Mustafayev finala yüksəlib. 
 
Həlledici görüşdə cüdoçumuzun rəqibi özbəkistanlı Utkirjon Niqmatov olub. Rəqibinə uduzan Mustafayev gümüş medalla kifayətlənib. 
 

Google+ WhatsApp ok.ru