Fuad Qəhrəmanlı barəsində 3 ay həbs qərarı verildi -YENİLƏNİB2

Nəsimi rayon Məhkəməsi qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi. (azadliq.info)

 

***

 

Məlumata görə, F.Qəhrəmanlı CM-nin 281.1- (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə təqsirləndirilir.

 

 
**
Prokurorluq Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri seçilmək üçün təqdimat verib. Bu dəqiqələrdə F.Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə aparılıb. Məlumatı vəkil Fəxrəddin Mehdiyev verib.
 
 
***
 
Dekabrın 8-də günorta saatlarında məcburi şəkildə evindən aparılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının yeri bəlli olub. Məlum olub ki, o, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindədir.
 
İdarədən müstəntiq Pərviz İbayev vəkil Fəxrəddin Mehdiyevlə əlaqə saxlayaraq, ona bu barədə məlumat verib. Fuad Qəhrəmanlı barədə cinayət işi başlandığını deyən müstəntiq bu səbəbdən vəkili idarəyə dəvət edib. Fəxrəddin Mehdiyev prokurorluğa gedib.
 
Qeyd edək ki, dekabrın 7-də əvvəlcə Fuad Qəhrəmanlı ilə telefonla əlaqə saxlayaraq, şifahi şəkildə onu idarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək, həmçinin rəsmi şəkildə çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət sonra onun mənzilinə polislər gələrək, məcburi şəkildə aparıblar.
 
O vaxtdan Fuad Qəhrəmanlıdan xəbər yox idi, mobil telefonu da bağlıdır.
 
İş günü başa çatdığından prokurorluqdan bu barədə şərh almaq mümkün olmayıb.azadliq.org/

Google+ WhatsApp ok.ru