Gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi Azərbaycan və Türkiyə üçün çox vacibdir.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin ticarət və gömrük naziri Cenap Aşçı deyib.
 
Onun sözlərinə görə, layihənin reallaşdırılması bir qədər gecikir: "Hazırda tunellərin tikintisi aparılır. Düşündüyümüzdən də daha bərk süxurlarla üzləşmişik. Ümid edirəm ki, gələn il layihə başa çatacaq". /
 

Google+ WhatsApp ok.ru