Parlament komitələrində büdcə layihəsinin müzakirəsi başlayıb

Milli Məclisin komitələrində 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirələri keçirlir.
 
Oktyabrın 2-də büdcə paketinə daxil olan qanun layihələri parlamentin təhlükəsizlik və müdafiə, iqtisadi siyasət, elm və təhsil, sosial siyasət, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb. Müzakirələrdə maliyyə naziri Samir Şərifov iştirak edir.
 
2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında xam neftin 1 bareli üçün satış qiyməti 50 ABŞ dolları götürülüb.
 
2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 mln. manat (bunun 6 000 mln. manatı Dövlət Neft Fondundan transfert təşkil edəcək) proqnozlaşdırılıb. Xərclər isə 16 264 mln. manat proqnozlaşdırlıb.
 
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17 080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub.
 
2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri 4836 mln. manat az proqnozlaşdırılıb. Onu da xatırlatmaq lazımdır ki, 2015-ci il dövlət büdcəsi qanunu qəbul edilərkən 1 ABŞ dolları 0,78 qəpik, hazırda isə 1,05 qəpikdir. Manat 34 faizədək devalvasiyaya uğrayıb. Beləliklə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 22 milyard dollar, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri isə 14 milyard dollara yaxındır.

Google+ WhatsApp ok.ru