Hava  3 gün meteohəssas insanlar üçün əlverişsiz olacaq

Hava 3 gün meteohəssas insanlar üçün əlverişsiz olacaq

 Sabah avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 20-də şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə  22-26° isti, gündüz  33-38° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 758 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz  20-30 % təşkil edəcək.               
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.
 
Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüzlər isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət görülmür.
 
Azərbaycanın rayonlarında  hava  yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  35-40° isti,  
dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru