Kənd təsərrüfatı məhsullarında qiymət artıb 14 Yanvar 2017 02:00 Ölkə 2016-cı ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ötən ilə nisbətən 2,6 faiz bahalaşıb. Xəbəri Statistika Komitəsi yayıb. Bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin 8,9 faiz ucuzlaması deyilsə də, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində3,4 faiz bahalaşma olduğu bildirlir. 2016-cı ilin noyabr ayı ilə müqayisədə dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz bahalaşıb. Ay ərzində bitkiçilik məhsullarından buğdanın, arpanın, kartofun, xiyarın, xurmanın, narın, naringinin, armudun, heyvanın istehsalçı qiymətində bahalaşma müşahidə edilib. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Dekabr ayında isə heyvandarlıq məhsullarından südün, mal ətinin, qoyun ətinin, yumurtanın istehsalçı qiyməti bahalaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.(azadliq.org) Teqlər : #Kənd təsərrüfatı məhsullarında qiymət artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səhər yağan güclü yağış Bakıda yenə fəsadlara səbəb olub -VİDEO Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO