Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO 14 Yanvar 2017 02:00 Ölkə Bu gün səhər saatlarında Abşeron rayon Saray qəsəbəsinin “Üzümlük” massivində etiraz aksiyası keçirilib. Sakinlərin narazılığına səbəb evlərinə mavi qazın verilməməsidir. Qəsəbə sakinlərinin bildirdiyinə görə, bu barədə aidiyyatı qurumlara dəfələrlə məlumat versələr də, heç bir faydası olmayıb. Onlar Bakının 5-10 addımlığında yerləşən qəsəbəyə qaz verilməməsinin səbəbini anlamadıqlarını bildiriblər. Sakinlər erməni kilsələrinə pulsuz qaz paylandığı halda, nəyə görə qəsəbəyə qaz verilmədiyini soruşurlar. Magistral yolu bağlamağa cəhd edən sakinlərin qarşısı polislər tərəfindən alınıb. Sakinlər isə problemlərinin həll olunmayacağı təqdirdə, etiraz aksiyalarını davam etdirmək fikrindədirlər. (azadliq.info) / Teqlər : #Sarayda etiraz aksiyası – Erməni kilsələrinə verilən qazdan biz də istəyirik FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kənd təsərrüfatı məhsullarında qiymət artıb “Azərbaycan külli miqdarda mənimsəmədə ittiham olunan şəxsi İrana təhvil verib”