Kərbəla şəhidi – Nafe ibn Hilal 16 Avqust 2021 23:02 Məhərrəmlik O, İmam Əlinin (ə) səhabəsi idi və o Həzrətin bütün döyüşlərində iştirak etmişdi. Quran qarisi idi. Müslim ibn Əqilin şəhadətindən öncə yol əsnasında İmam Hüseynə (ə) qoşuldu. Kərbəla şəhidlərindən olan Əmr ibn Qərəzə şəhadətə çatdığı zaman, Ömər Sədin qoşununda yer alan qardaşı Əli ibn Qərəzə onun intiqamını İmam Hüseyndən (ə) almaq üçün o Həzrətin düşərgəsinə hücum etdi. Amma Nafe ibn Hilal onun qarşısını kəsdi və onu yaraladı. Nafe şücaətlə döyüşür və bu rəcəzi oxuyurdu: أَنَا الْغُلامُ الْـيَمَنيُّ الْبَجَلِيّ دينِي عَلَى دينِ حُسَيْنِ بْنِ عَلِىّ (ع) “Mən Yəmənli gəncəm və Bəcəli (Cəməli) qəbiləsindənəm. Din və şəriətim Hüseyn ibn Əlinin (ə) dinidir.” Nəhayət, İbn Sədin qoşunu ona hücum etdi və əsir tutaraq Ömər Sədin yanına apardı. Şimr onu şəhadətə yetirdi. Maide.Az Teqlər : #Kərbəla,#şəhidi,#–,#Nafe,#ibn,#Hilal, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhərrəm ayının 7-ci günü Kərbəlada baş vermiş hadisələr Məhərrəm ayının 8-ci günü Kərbəlada baş vermiş hadisələr