ÇL: Ən yaxşılar üçün 12 namizəd

ÇL: Ən yaxşılar üçün 12 namizəd

Çempionlar Liqasında 2016-17 mövsümünün ən yaxşı futbolçuları adına namizədlər bəlli olub.
 
UEFA hər mövqedə 3 oyunçuya yer verib.
 
Belə ki, həm qapı, həm müdafiə, həm yarımmüdafiə, həm də hücum xəttinə 3 namizəd salınıb. Ümumilikdə 12 namizəd oyunçudan 6-sı ÇL-in son qalibi “Real”lılardı. Finalçı “Yuventus”dan 3 futbolçu özünə yer edə bilibsə, “Bavariya”, “Barselona” və “Atletiko” hərəyə 1 nəfərlə təmsil olunublar.
 
Qapıçılar: Canluici Buffon (“Yuventus”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”)
Müdafiəçilər: Leonardo Bonuççi (“Yuventus”), Marselo, Serxio Ramos (hər ikisi “Real”)
Yarımmüdafiəçilər: Kasemiro, Toni Kroos, Luka Modriç (hamısı “Real”)
Hücumçular: Paulo Dibala (“Yuventus”), Lionel Messi (“Barselona”), Kriştianu Ronaldo (“Real”).
 
Qeyd edək ki, ən yaxşıların adları avqustun 24-də açıqlanacaq. (apasport) /

Google+ WhatsApp ok.ru