İlin əvvəlindən SOCAR-ın dövlət büdcəsinə ödənişləri azalıb

2015-ci ilin yanvar-may aylarında SOCAR dövlət büdcəsinə 605 milyon 42 min manat vəsait ödəyib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 217,62 manat (26,5 faiz) azdır.
 
Dövlət Neft Şirkəti bu ilin may ayında dövlət büdcəsinə 132 milyon 96 min manat vəsait ödəyib (2014-cü ilin mayında  171 mln 136 min manat).
 
2015-ci ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 57 milyon 842 min manat (5,8 faiz az) ödənilib. May ayında SOCAR-ın DSMF-yə ödənişləri 11 milyon 248 min manat olub.
 
2015-ci ildə SOCAR-ın dövlət büdcəsinə ödəniş planı 1,5 mlrd manatdır. Ötən il bu göstərici 1,825 mlrd manat idi.
 
Dövlət büdcəsinə ödənişlərin azalması neft və neft məhsullarının ucuzlaşması ilə bağlıdır.

Google+ WhatsApp ok.ru