Vahid Ələkbərov Xəzər layihələrini təxirə salır

Rusiyanın “Lukoil” şirkəti Xəzərdə qaz yataqlarının işlənməsini rentabelli olmaması üzündən təxirə salır.

ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin vitse-prezidenti Leonid Fedun bildirib.

“Lukoil” şirkətinə yaxın mənbə xəbər verib ki, şirkət “Xvalınsk” (ehtiyatları 332 milyard kubmetr qaz və 18 milyon ton kondensat), “Kuvıkina” (160 milyard kub metr qaz və 107 milyon barel kondensat) və “107-ci kilometr” yataqlarının işlənməsini təxirə salır.

“Lukoil” şirkətinin Xəzərdə 8 neft-qaz layihəsi var. 2010-cu ildə şirkət Xəzərdə Korçagin adına yataqda neft hasilatına başlayıb. İkinci ən böyük neft layihəsi – "Filanoski" adına neft yatağını 2016-cı ilin sonunda istismara verilməsi nəzərdə tutulur. 2017-ci ilə kimi Xəzərdə geoloji kəşfiyyat fəaliyyətinə "Lukoil" 22 milyard rubl xərcləməyi nəzərdə tutur.

 

L.Fedin deyib ki, qaza xərclənməsi nəzərdə tutulan vəsait neftə yönəldiləcək. "Rakuşeçnoya" yatağının (ehtiyatları 15 milyon ton neft) istismara verilməsi 2029-cu ildən 2021-ci ilə keçrilib. "Kuvıkina" yatağında hasilata 2018-ci ildə, "Xvallinsk" yatağında isə 2019-cu ildə başlamaq nəzərdə tutulurdu.

Hələ ötən ildə şirkətin prezidenti Vahid Ələkbərov demişdi ki, ”Lukoil”in “Qazprom” şirkətinin sisteminə yönəlmiş xususi qaz nəqletmə sistemi olacaq. Onların xammalını “Stavrolen” (“Lukoil” şirkətinin neft-kimya müəssiəsi) zavoduna tədarükü nəzərdə tutulmur.

Xatırladaq ki, “Lukoil” şirkətinin prezidenti həmyerlimiz Vahid Ələkbərovdur.

 

Google+ WhatsApp ok.ru