ÇL iştirakçılarının qış “bazarlığı”

ÇL iştirakçılarının qış “bazarlığı”

Avropada qış “transfer pəncərəsi”nin son günüdü. Komandalar bu gün son keçidlərini reallaşdıra bilərlər.
 
Qış fasiləsi zamanı ən çox diqqət Çempionlar Liqasında (ÇL) mübarizəni davam etdirən klubların üzərində olub. Gələn ay ÇL-in 1/8 final mərhələsində oyunlara çıxacaq 16 klub bu dönəmi o qədər də fəal keçirməyib. Onlar arasında ən çox transferə ehtiyac duyan komanda “Sevilya” olub. Əndəlüs təmsilçisindən fərqli, İspaniyanın digər 3 nəhəngi “Barselona”, “Real” və “Atletiko” heç kimi gətirməyib.
 
“Monako”, “Napoli” və PSJ-nin hər biri 2 oyunçu ilə güclənibsə, turnirin favoritlərindən sayılan “Bavariya” transferə ehtiyac duymayıb.
 
“Benfika”, “Monako” və “Yuventus” dövrələrarası fasilədə 4 futbolçusunu yola salıb. “Mançester Siti” və “Porto”da bu say 3, “Bavariya”, “Borussiya” (Dortmund), “Lester”, “Bayer”, “Napoli” və PSJ-də isə 2-di.
 
Ümumiyyətlə, qış transfer dönəmində klublar daha çox icarə əsasında oyunçu almağı və ya verməyi üstün tuturlar. 
 
 
Çempionlar Liqasının 1/8 finalçılarının qış “bazarlığı”
 
“Arsenal”
Gələn: Kohen Bramall (“Hednesford Taun”)
Gedən: yoxdu
 
“Atletiko”
Gələn: yoxdu
Gedən: yoxdu
 
“Barselona”
Gələn: yoxdu
Gedən: yoxdu
 
“Bavariya”
Gələn: yoxdu
Gedənlər: Yulian Qrin (“Ştutqart”), Holqer Badştuber (“Şalke”, icarəyə)
 
“Benfika”
Gələn: Marselo Hermes (“Qremio”)
Gedənlər: Adel Taarabt (“Cenoa”, icarəyə), Ola Con (“Deportivo”, icarəyə), Qonçalo Quedes (PSJ), Elder Koşta (“Vulverhempton”)
 
“Borussiya” (Dortmund)
Gələn: Aleksander İsak (AİK)
Gedənlər: Adrian Ramos (“Qranada”, icarəyə), Neven Subotiç (“Köln”, icarəyə)
 
“Yuventus”
Gələnlər: Tomas Rinkon (“Cenoa”), Mattia Kaldara (“Atalanta”, icarədən qayıdıb), Rikkardo Orsolini (“Askoli”, icarədən qayıdıb)
Gedənlər: Mame Tiam (“Empoli”, icarəyə), Simone Zaza (“Valensiya”, icarəyə), Qriqoris Kastanos (“Peskara”, icarəyə), Patris Evra (“Marsel”)
 
“Lester”
Gələn: Vilfred Ndidi (“Genk”)
Gedənlər: Ceffri Şlupp (“Kristal Pelas”), Luis Ernandes (“Malaqa”)
 
“Bayer”
Gələn: Leon Beyli (“Genk”)
Gedənlər: Kiriakos Papadopulos (“Hamburq”, icarəyə), Robbi Kruz (“Lioninq”)
 
“Mançester Siti”
Gələn: Qabriel Jezus (“Palmeyras”)
Gedənlər: Pablo Maffeo (“Jirona”, icarəyə), Manu Qarsiya (“Breda”, icarəyə), Bruno Zukulini (“Verona”)
 
“Monako”
Gələnlər: Franko Antonuççi (“Ayaks”), Jorje (“Flamenqo”)
Gedənlər: Mehdi Beneddin, Tafsir Şerif, Pol Nardi (hamısı “Serkle Brügge”, icarəyə), Sorentin Jan (“Tuluza”, icarəyə)
 
“Napoli”
Gələnlər: Leonardo Pavoletti (“Cenoa”), Leandrinyo (“Ponte Preta”)
Gedənlər: Roberto İnsinye (“Latina”, icarəyə), Raffaele Mayello (“Frosinone”, icarəyə)
 
PSJ
Gələnlər: Yulian Draksler (“Volfsburq”), Qonçalo Quedes (“Benfika”)
Gedənlər: Conatan İkon (“Monpelye”, icarəyə), Ervin Ongenda (“Zvolle”)
 
“Porto”
Gələn: Tikuinyo (“Gimaraeş”)
Gedənlər: Evandro (“Hall Siti”), Adrian Lopes (“Vilyarreal”, icarəyə), Silvestre Valera (“Kayserispor”)
 
“Real”
Gələn: yoxdu
Gedən: Martin Odeqard (“Herenven”, icarəyə)
 
“Sevilya”
Gələnlər: Klemen Lenqle (“Nansi”), Stevan Yovetiç (“İnter”, icarəyə), Valter Montoya (“Rosario Sentral”)
Gedən: Timoti Kolodzieyçak (“Borussiya” Mönhenqladbax)
 
(apa) /

Google+ WhatsApp ok.ru