Avropada qış “transfer pəncərəsi”nin ən bahalı transferləri açıqlanıb

Avropada qış “transfer pəncərəsi”nin ən bahalı transferləri açıqlanıb

Avropada qış “transfer pəncərəsi” artıq bağlanıb. Bu dönəmdə elə də çox ulduz keçidi reallaşmayıb.
 
Klublar futbolçularla daha çox icarə əsasında güclənməyə çalışıblar. Ancaq yüksək məbləğə baş tutan transferlər də olub. Bu baxımdan PSJ yenə diqqət mərkəzinə düşüb. Paris təmsilçisi iki oyunçunu heyətinə cəlb etmək üçün 70 milyon avro xərc çəkib.
 
Qış fasiləsində ən yüksək məbləğə başa gələn futbolçu isə Oskar olub. Çinin “Şanxay SİPQ” klubu braziliyalı yarımmüdafiəçini “Çelsi”dən 60 milyon avroya alıb.
 
Bu qış baş tutan ən bahalı transferlər bunlardı:
 
Oskar
“Çelsi”dən “Şanxay SİPQ”yə - 60 milyon avro
 
Yulian Draksler
“Volfsburq”dan PSJ-yə - 40 milyon
 
Qabriel Jezus
“Palmeyras”dan “Mançester Siti”yə - 32 milyon
 
Qonçalo Quedes
“Benfika”dan PSJ-yə - 30 milyon
 
Dmitri Paye
“Vest Hem”dən “Marsel”ə - 29,3 milyon
 
Odion İqola
“Uotford”dan “Çançun Yatay”a – 23,3 milyon
 
Morqan Şneyderlin
“Mançester Yunayted”dən “Everton”a – 22,9 milyon
 
Çendon Zanq
“Beijin Qoan”dan “Hebey Çayna Fortun”a – 20,4 milyon
 
Aksel Vitsel
“Zenit”dən “Tianjin Quanjian”a – 20 milyon
 
Leonardo Pavoletti
“Cenoa”dan “Napoli”yə - 18 milyon
 
Aleşandre Pato
“Vilyarreal”dan “Tianjin Quanjian”a – 18 milyon
 
Onyinye Ndidi
“Genk”dən “Lester”ə - 17,6 milyon
 
Manolo Qabbiadini
“Napoli”dən “Sauthempton”a – 17 milyon
 
Memfis Depay
“Mançester Yunayted”dən “Lion”a – 16 milyon
 
Elder Koşta
“Benfika”dan “Vulverhempton”a – 15,2 milyon
 
Mattia Kaldara
“Atalanta”dan “Yuventus”a – 15 milyon
 
Robbi Bredi
“Norviç”dən “Bernli”yə - 15 milyon
 
Saido Berahino
“Vest Bromviç”dən “Stok Siti”yə - 15 milyon
 
David Neres
“Sao Paulo”dan “Ayaks”a – 15 milyon
 
Ceffri Şlupp
“Lester”dən “Kristal Pelas”a – 13,8 milyon
 
Leon Beyli
“Genk”dən “Bayer”ə - 13,5 milyon
 
Stevan Yovetiç
“İnter”dən “Sevilya”ya – 13,5 milyon
 
Yunus Mallı
“Maynts”dan “Volfsburq”a – 12,5 milyon
 
(apasport) /

Google+ WhatsApp ok.ru